UEFA Avropa Liqasında ölkəmizi təmsil edən “Qarabağ” qrup mərhələsində 4-cü turun oyununa çıxıb. Azərbaycan çempionu Bakıda Tofiq Bəhramov adına respublika stadionunda “Olimpiakos”u qəbul edib. Yunanıstanda rəqibinə 3 cavabsız qolla qalib gələn Qarabağ futbolçuları doğma arenadakı qarşılaşmaya da yaxşı başlayıblar. Topa daha çox nəzarət edən komandamız rəqibi qapısına doğru sıxışdırıb. Amma futbolçularımızın səylərinə baxmayaraq fasiləyə kimi hesab açılmayıb. Hissənin sonunda qonaqlar da 2 epiozodda təhlükəli hücümla yadda qalıblar. 1-də top qapı tirinə tuş gəlib. Digərində isə Qarabağın qolkiperi inamlı oynayıb.

2-ci hissədə də azarkeşlər eyni ssenari izləyilər. Topa daha çox nəzarət edən komandamız rəqib qapısı qarşısında bir neçə təhlükəli vəziyyət yarada bilib. Bu epizodda Filip Ozobiçin zərbəsi qeyri dəqiq alınıb.

Görüşün sonlarına doğru meydan sahibləri təzyiqi daha da artırıblar. Amma bütün bunlara baxmayaraq qol vurmaq mümkün olmayıb. Beləliklə görüşdə hesab açılmayıb. Qazanılan 1 xal sayəsində “Qarabağ” qrupda 2-ci pillədəki mövqeyini möhkəmləndirib. Pararlel keçirilən qarşılaşmada Fransada “Nant”ı 4:0 hesabı ilə məğlub edən “Frayburq” maksimum nəticə ilə, 12 xalla qrupda liderdir. Almaniya təmsilçisi pley-offa vəsiqəni təmin edib. 7 xalı olan “Qarabağ” 2-ci pillədə qərarlaşıb. “Nant” 4 xalla 3-cü, Bakıda ilk xalını əldə edən "Olimpiakos" isə autsayderdir. "

Əlavə edək ki, oktyabrın 27-də keçiriləcək 5-ci turda “Qarabağ” Fransada “Nant”ın qonağı olacaq. Rəqibini 4 xal qabaqlayan Ağdam klubu bu görüşdə ən azı 1 xal əldə edərsə, vaxtından əvvəl pley-offa vəsiqəni təmin edəcək.